Konqoda silahlı hücumda azı 25 nəfər həlak olub
Konqo Demokratik Respublikasının şərqində silahlı hücum nəticəsində azı 25 nəfər həyatını itirib.
"Stabil.az" xəbər verir ki, Associated Press (AP) agentliyi yerli insan haqları təşkilatlarına istinadən məlumat yayıb. Bildirilib ki, Demokratik Qüvvələr Mitinqinin (RDF) həyata keçirdiyi hücum zamanı Konqonun İturi əyalətində 15 nəfər bir evdə kilidlənərək diri-diri yandırılıb, 7 nəfər güllələnib.
Məlumata görə, Valez Vokutu rayonunda isə daha 3 nəfər həlak olub.
Konqo hökuməti hadisə ilə bağlı hələlik rəsmi təsdiq verməyib.
Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol
Haqqımızda
Əlaqə





