Konqoda Ebola virusuna yoluxanların sayı 8 mini keçib
28 Sentyabr 2026 17:28   Paylaş

Konqo Demokratik Respublikasında davam edən Ebola epidemiyası çərçivəsində təsdiqlənmiş yoluxma hallarının sayı ilk dəfə 8 mini ötüb.

"Stabil.az" xəbər verir ki, bu barədə hökumətin məlumatlarına istinadən “Reuters“ məlumat yayıb.

Ölkənin ictimai səhiyyə institutunun son hesabatına görə, Ebola virusuna yoluxanların sayı 8 067, ölənlərin sayı isə 3 901 nəfərə çatıb.

Məlumata görə, hazırki epidemiya 2018–2020-ci illərdəki epidemiyanı geridə qoyaraq Konqo Demokratik Respublikasının tarixində ən böyük və ən çox ölümə səbəb olan Ebola epidemiyasına çevrilib.



Stabil.Az 

Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol