Konqoda “Ebola” qurbanlarının sayı 304-ə çatıb
Konqo Demokratik Respublikasında (KDR) “Ebola” virusundan ölənlərin sayı son 24 saat ərzində 13 nəfər artaraq 304-ə çatıb.
"Stabil.az" xəbər verir ki, bu barədə Konqo Rabitə və Media Nazirliyi gündəlik bülletenində məlumat yayıb.
Virusa yoluxanların sayı əvvəlki günlə müqayisədə 37 nəfər artaraq 1155-ə yüksəlib. Ölüm göstəricisi 26,3 faiz təşkil edir.
Hazırda xəstəxanalarda və izolyasiya palatalarında 326 xəstə müalicə olunur. Eyni zamanda 138 nəfər tam sağalaraq tibb müəssisələrindən evə buraxılıb.
Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol
Haqqımızda
Əlaqə





