Konqoda Ebola epidemiyasına yoluxma hallarının sayı 4 mini keçib
7 Avqust 2026 12:56   Paylaş

Konqo Demokratik Respublikasında davam edən epidemiya nəticəsində virusa yoluxduğu təsdiqlənən şəxslərin sayı 4 mini ötüb.

"Stabil.az" “Reuters“ə istinadən xəbər verir ki, bu barədə ölkə hökumətinin açıqladığı son statistikada bildirilir.

Məlumata görə, hazırda ölkədə ümumilikdə 4 053 yoluxma qeydə alınıb. Onlardan 1850 nəfər həyatını itirib.

Qeyd edək ki, hazırkı epidemiya dünyada qeydə alınan ikinci ən böyük Ebola epidemiyası hesab olunur və ən sürətlə yayılan epidemiyalardan biri kimi qiymətləndirilir.



Stabil.Az 

Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol