Konfrans Liqası: “Qarabağ” bu gün Kiyev “Dinamo”su ilə üz-üzə gələcək
Azərbaycanın UEFA Konfrans Liqasındakı təmsilçisi “Qarabağ” bu gün III təsnifat mərhələsinin ilk oyununda Kiyev “Dinamo”su ilə qarşılaşacaq.
"Stabil.az" xəbər verir ki, Ağdam klubu Ukraynanın “Dinamo” (Kiyev) komandasının qonağı olacaq.
Polşanın Lublin şəhərində yerləşən eyniadlı stadionda keçiriləcək görüş Bakı vaxtı ilə saat 21:00-da başlanacaq. Qarşılaşmanı Danimarkadan olan hakimlər briqadası idarə edəcək.
Qeyd edək ki, komandalar arasında cavab görüşü avqustun 13-də Bakıda keçiriləcək.
Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol
Haqqımızda
Əlaqə





