Kolumbiyanın sərhəd bölgələrində bombardmanlar 27 nəfərin ölümünə səbəb olub
18 Mart 2026 13:26   Paylaş

Kolumbiya-Ekvador sərhədi yaxınlığında baş verən bombardmanlar nəticəsində azı 27 dinc sakin həlak olub.

"Stabil.az" xəbər verir ki, Kolumbiya Prezidenti Qustavo Petro bu barədə özünün sosial media hesabında yazıb. “Kolumbiya-Ekvador sərhədində baş verən bombardmanlar nə hava qüvvələri olmayan silahlı qruplar, nə də Kolumbiya təhlükəsizlik qüvvələri tərəfindən həyata keçirilməyib. Mən belə bir əmr verməmişəm”, - deyə dövlət başçısı bildirib. Onun sözlərinə görə, bombardmanların kim tərəfindən həyata keçirildiyi bilinmir.

Ekvador Prezidenti Daniel Noboa isə öz növbəsində Kolumbiya ərazisinə hücumlarla bağlı iddiaları təkzib edib. O, narko-kartellərə qarşı əməliyyatların yalnız ölkə daxilində aparıldığını vurğulayıb.



Stabil.Az 

Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol