Kolumbiyada zəlzələ nəticəsində ölənlərin sayı 220 nəfəri ötüb - YENİLƏNİB
11 Avqust 2026 17:12   Paylaş

Kolumbiyada zəlzələ nəticəsində ölənlərin sayı 224-ə çatıb.

"Stabil.az" xəbər verir ki, bu barədə "Reuters" agentliyi hakimiyyət orqanlarının məlumatlarına istinadən bildirir.

Kolumbiyada 7,4 maqnitudalı zəlzələ nəticəsində ölənlərin sayı 169 nəfərə çatıb.

"Stabil.az" xəbər verir ki, bu barədə "BluRadio" məlumat yayıb.

Onlardan 85 nəfər Kalidə, 66-sı Pereyrada ölüb.

Qeyd edilir ki, bunlar ilkin rəqəmlərdir, çünki axtarış-xilasetmə işləri davam edir.

"Stabil.az" "BluRadio" radiostansiyasına istinadən xəbər verir ki, genişmiqyaslı dağıntılar səbəbindən ölkənin 32 şəhərində qırmızı təhlükə səviyyəsi elan edilib.

Xatırladaq ki, 7,4 maqnitudalı zəlzələ bu gün yerli vaxtla səhər saat 7:34-də Kolumbiyanın qərbində baş verib. Kolumbiya Geoloji Xidmətinin məlumatına görə, yeraltı təkanların episentri paytaxt Boqotadan təxminən 280 km qərbdə yerləşib. Zəlzələ ölkə ərazisinin böyük hissəsində, o cümlədən Panamada da hiss olunub.

Kolumbiyanın qərbində baş vermiş güclü zəlzələ nəticəsində 111 nəfər həlak olub.

"Stabil.az" "BluRadio"ya istinadən xəbər verir ki, bu barədə ölkə hakimiyyəti məlumat yayıb.

Son məlumatlara görə, ölkənin müxtəlif regionlarında yüzlərlə sakin xəsarət almış və itkin düşmüş hesab olunur.

Qeyd edək ki, hökumət dağıdıcı zəlzələ ilə əlaqədar ümummilli miqyasda fövqəladə vəziyyət rejimi elan edib. Müvafiq qərarı Kolumbiya Prezidenti Abelardo de la Esprielya qəbul edib.



Stabil.Az 

Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol