Kolumbiyada yarış zamanı dəhşətli qəza: Yük maşını izdihama çırpılıb
4 May 2026 11:12   Paylaş

Kolumbiyanın Popayan şəhərində təşkil olunan avtomobil yarışı zamanı nəzarətdən çıxan yük maşınının tamaşaçılara çırpılması nəticəsində ölən və yaralananların olduğu bildirilir.

"Stabil.az"ın "Reuters"ə istinadən verdiyi məlumata görə, hadisə dünən ölkənin cənubundakı Kauka departamentində qeydə alınıb.

Bölgə qubernatorunun sözlərinə görə, yük maşınının tamaşaçıları vurması nəticəsində ən azı iki nəfər ölüb, 37 nəfər yaralanıb.

Sosial mediada yayılan görüntülərdə nəhəng nəqliyyat vasitəsinin maneəni aşdığı, lakin sonra dayana bilmədiyi və tamaşaçı izdihamına çırpıldığı görünür.

Kolumbiyanın "El Espectador" qəzetinin məlumatına görə, ölənlərdən biri 10 yaşlı qız olub.



Stabil.Az 

Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol