Kobaxidze: Gürcüstan qanunsuz miqrantlardan tam azad olacaq
13 Fevral 2026 11:18   Paylaş

Gürcüstan qeyri-qanuni miqrantlardan tam azad olacaq.

"Stabil.az" xəbər verir ki, açıqlamanı ölkənin Baş naziri İrakli Kobaxidze verib.

Baş nazir bildirib ki, Gürcüstanın milli və dini kimliyinin qorunması ölkənin ən vacib milli vəzifələrindən biridir və hökumət bunun üçün bütün zəruri addımları atır.

"Əhalinin siyahıya alınması üzrə ilkin məlumatlara görə, Gürcüstanın əhalisinin sayı 3 914 000 nəfər təşkil edir. Bunların maksimum 257 mini, yəni 6,6%-i əcnəbilərdir. Bu göstəriciyə bütün əcnəbilər, eləcə də Gürcüstanda qanunsuz yaşayan miqrantlar daxildir", – deyə Kobaxidze əlavə edib.

Baş nazirin sözlərinə görə, Gürcüstanda yaşayan əcnəbilərin təqribən 70%-i postsovet və Avropa İttifaqı ölkələri, ABŞ və İsrail vətəndaşlarıdır.

"Onların ən azı 40 mini Gürcüstanın keçmiş vətəndaşlarıdır və ya gürcü soyadlarına malikdirlər. Ölkədə yaşayan əcnəbilərin 7,4%-ni türklər, 3,7%-ni iranlılar təşkil edir. Geniş yayılmış fərziyyələrin əksinə olaraq, bu iki ölkənin Gürcüstan əhalisindəki payı 0,7%-dir. BƏƏ, Səudiyyə Ərəbistanı və Küveytdən demək olar ki, heç bir miqrant yoxdur", – Kobaxidze vurğulayıb.



Stabil.Az 

Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol