Kobaxidze: Gürcüstan – ABŞ münasibətlərində yeni mərhələ gözlənilir
Gürcüstanın Baş naziri İrakli Kobaxidze Tbilisi və Vaşinqton arasında əməkdaşlığın genişləndirilməsinin planlaşdırıldığını bildirib.
"Stabil.az" Gürcüstan mediasına istinadən xəbər verir ki, bu barədə o, jurnalistlərə deyib.
Baş nazirin sözlərinə görə, mayın sonuna qədər bir sıra istiqamətlər üzrə konkret nəticələr gözlənilir və tərəflər arasında kommunikasiya nəzərəçarpacaq dərəcədə dərinləşəcək.
"Mayın sonuna qədər müəyyən istiqamətlərdə konkret nəticələr görəcəksiniz. Kommunikasiya qurulacaq. Məhz nəyin necə baş verəcəyi barədə təfərrüatları açıqlaya bilmərəm, ancaq görəcəksiniz ki, mayın sonuna qədər Gürcüstan və ABŞ arasında ünsiyyət dərinləşəcək", - o vurğulayıb.
Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol
Haqqımızda
Əlaqə





