Kiyevdə Krımın sabiq energetika naziri Sergey Kolobov saxlanılıb
30 İyun 2026 19:16   Paylaş

Ukrayna Təhlükəsizlik Xidməti qondarma Krım administrasiyasının keçmiş "energetika naziri" Sergey Kolobovu Kiyevdə saxlayıb.

"Stabil.az" bu barədə "RBK-Ukrayna"ya istinadən xəbər verir.

Məlumata görə, saxlanılan şəxs Rusiya vətəndaşlığı alıb və ruspərəst qondarma hakimiyyətə kömək təklif edib. Sonradan o, yaradılmış "administrasiyada" "yanacaq və energetika naziri" vəzifəsinə təyin edilib.

Məmurun saxlanması barədə məlumat Ukrayna Təhlükəsizlik Xidməti tərəfindən təsdiqlənib, lakin bu zaman onun adı çəkilməyib. Ancaq "RBK-Ukrayna"nın hüquq-mühafizə orqanlarındakı mənbələrinin məlumatına görə, söhbət Sergey Kolobovdan gedir.

Bildirilib ki, o, şəxsi işləri ilə əlaqədar Kiyevə gedib və elə orada Ukrayna Təhlükəsizlik Xidməti əməkdaşları tərəfindən saxlanılıb. Hüquq-mühafizə orqanları növbəti istintaq hərəkətlərini həyata keçirirlər.



Stabil.Az 

Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol