Kiyevdə azərbaycanlıların da çalışdığı bazara zərbə endirilib, ölənlər var
Rusiya ordusu sentyabrın 27-si axşam saatlarında Ukraynanın Kiyev şəhərinin ən böyük “Stoliçnı” bazarına hava zərbəsi endirib.
"Stabil.az" xəbər verir ki, Kiyev vilayət Prokurorluğunun yaydığı məlumata görə, hava hücumu zamanı bazarda yanğın baş verib və nəticədə iki nəfər ölüb. Daha 10 nəfər isə yaralanıb.
Qeyd edək ki, “Stoliçnı” bazarında çalışan soydaşlarımız da var. Həlak olanlar və xəsarət alanlar arasında soydaşlarımız da var.

Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol
Haqqımızda
Əlaqə





