KİV Rusiyanın İrana gizli maliyyə dəstəyindən yazır
Rusiya İrandakı hökuməti dəstəkləmək məqsədilə gizli şəkildə Tehrana 2,5 milyard dollar həcmində nağd vəsait göndərib.
"Stabil.az" xəbər verir ki, bu barədə Böyük Britaniyanın “The Telegraph” nəşrində dərc olunan məqalədə məlumat verilib.
Yazıda bildirilir ki, 2018-ci ildə dörd aydan artıq müddət ərzində Rusiyanın dövlət bankı olan “Promsvyazbank” İran Mərkəzi Bankına hər biri 57 və 115 milyon dollar dəyərində olmaqla, ümumilikdə 34 paket nağd pul göndərib.
Məlumata görə, göndərilən əskinasların ümumi çəkisi 5 tona yaxın olub.
“The Telegraph” qeyd edir ki, Rusiya və İran arasında bu gün də oxşar maliyyə əməliyyatlarının həyata keçirilməsi ehtimalı mövcuddur. Nəşr bunu İranın Rusiyaya milyardlarla dollar dəyərində “Şahed-136” pilotsuz uçuş aparatları və “Fəth-360” qısamənzilli ballistik raketlər tədarük etməsi ilə əlaqələndirir.
Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol
Haqqımızda
Əlaqə





