KİV: Livan və İsrail arasında atəşkəs gözlənilir
11 Aprel 2026 17:17   Paylaş

Livan və İsrail arasında atəşkəsin aprelin 11-də elan edilə biləcəyi bildirilir.

"Stabil.az" xəbər verir ki, bu barədə diplomatik mənbələrə istinadən "Al Hadath" məlumat yayıb.

Telekanalın məlumatına görə, atəşkəs razılaşması şənbə günü, aprelin 11-də qüvvəyə minə bilər.

Qeyd olunur ki, atəşkəsin mümkün elanı ABŞ-nin vasitəçiliyi ilə aprelin 14-də Vaşinqtonda Livan və İsrail arasında münaqişənin nizamlanmasına dair planlaşdırılan ikitərəfli danışıqlar ərəfəsində xoşməramlı jest kimi nəzərdən keçirilir.



Stabil.Az 

Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol