KİV: İranın Küveytdəki aviabazaya hücumu zamanı 5 amerikalı hərbçi yaralanıb
30 May 2026 16:49   Paylaş

İranın “Fateh-110” ballistik raketi ilə Küveytdə yerləşən “Əli Əl-Səlim” aviabazasına endirdiyi zərbə nəticəsində ABŞ-a məxsus 5 hərbçi yaralanıb, həmçinin “MQ-9 Reaper” pilotsuz uçuş aparatları zədələnib.

"Stabil.az" bu barədə “Bloomberg“ agentliyinə istinadən məlumat verib.

Məlumata görə, hücum 27 may tarixində baş verib. Küveytin hava hücumundan müdafiə sistemləri raketi zərərsizləşdirsə də, düşən qalıqlar aviabazaya düşüb.

Nəticədə təxminən beş nəfər - həm ABŞ hərbçiləri, həm də muzdlu əməkdaşlar yüngül xəsarət alıb.

“Bir MQ-9 Reaper tamamilə məhv edilib, biri isə ciddi zədələnib”, - mənbə bildirib.

Zədələmiş hər bir “MQ-9 Reaper” pilotsuz aparatının dəyəri təxminən 30 milyon dollardır.



Stabil.Az 

Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol