KİV: Ər-Riyadda partlayışlar qeydə alınıb
28 Fevral 2026 19:45   28 Feb 2026 22:55 Paylaş

İranın zərbələri fonunda Ər-Riyadda (Səudiyyə Ərəbistanı) partlayışlar qeydə alınıb.

"Stabil.az" xəbər verir ki, bu barədə "Times of Israel" AFP-yə istinadən bildirib.

"Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda İranın Fars körfəzi ölkələrinə endirdiyi zərbələr nəticəsində güclü gurultu və bir neçə partlayış barədə məlumat verilir", - agentlik qeyd edib.

Məlumata görə, bu ölkələrin ərazisində ABŞ hərbi bazaları yerləşir.



Stabil.Az 

Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol