KİV: ABŞ-nin Karib dənizindəki hərbi xərcləri 3 milyard dollara çatır
16 Fevral 2026 10:10   Paylaş

ABŞ-nin Karib dənizi bölgəsində artan hərbi iştirakı ilə bağlı xərclər 3 milyard dollara yaxınlaşıb.

“Stabil.az” xəbər verir ki, bu barədə "Bloomberg" agentliyinin hesablamalarında bildirilir.

Məlumata əsasən, bölgədə hərbi xərclərin artımı 2,9 milyard dollara çatıb. Ən böyük xərc maddələrindən biri "Gerald R. Ford" təyyarədaşıyan gəmisinin və onu müşayiət edən zərbə qrupunun əraziyə yerləşdirilməsi olub. Qeyd edilir ki, bu yerləşdirmə 2025-ci ilin noyabr ayından etibarən ABŞ administrasiyasına təxminən 740 milyon dollara başa gəlib.

Hesabatda vurğulanır ki, noyabrın ortalarından yanvarın ortalarına qədər ABŞ Hərbi Dəniz Qüvvələrinin təxminən 20 faizi bölgədə cəmləşib. Belə bir hərbi qruplaşmanın saxlanılmasının gündəlik xərci isə təxminən 20 milyon dollar təşkil edir.



Stabil.Az 

Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol