Kevin Medina “Qarabağ”da 200-cü oyununu keçirib
Kevin Medina klubun heyətində 200-cü dəfə meydana çıxıb.
"Stabil.az" xəbər verir ki, kolumbiyalı müdafiəçinin yubileyi Premyer Liqanın XXIX turunun “Neftçi” ilə görüşünə (5:1) təsadüf edib. O, 200 matçda 6 qola imza atıb.
Bu görüş Kevinin çempionatda 117-ci (3 qol) oyunu olub. O, avrokuboklarda 69 (3 qol), ölkə kubokunda 14 dəfə meydana çıxıb.
Qeyd edək ki, cənubi amerikalı 2020-ci ilin yayından “Qarabağ”da forma geyinir.
Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol
Haqqımızda
Əlaqə





