Keniyada mədən çökdü: 15 ölü, çox sayda yaralı var
Keniyanın şimal-qərbində qeyri-qanuni qızıl hasilatı aparılan şaxtanın çökməsi nəticəsində azı 15 nəfər həyatını itirib.
"Stabil.az" xəbər verir ki, “Anadolu” agentliyinin məlumatına görə, ölənlər arasında 10 qadın var. Daha 12 nəfər sağ çıxarılaraq xəstəxanaya yerləşdirilib.
Hazırda ərazidə axtarış-xilasetmə işləri davam etdirilir. Hadisənin böyük qayanın düşməsi nəticəsində şaxtanın divarlarının çökməsi səbəbindən baş verdiyi bildirilir.
Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol
Haqqımızda
Əlaqə





