Kaya Kallas Səudiyyə Ərəbistanına gedəcək
8 Aprel 2026 12:38   08 Apr 2026 12:51 Paylaş

Avropa Xarici Əlaqələr Xidmətində Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallasın aprelin 8-9-da Səudiyyə Ərəbistanına səfəri təsdiqlənib.

"Stabil.az" xəbər verir ki, Ər-Riyadda Kallas ölkənin xarici işlər naziri şahzadə Feysal bin Fərhan Əl Səud ilə görüş keçirəcək.

Bundan əlavə, Fars körfəzi Ərəb Dövlətlərinin Əməkdaşlıq Şurasının baş katibi Casim Məhəmməd əl-Budayvi və digər rəsmi şəxslərlə danışıqlar planlaşdırılıb.



Stabil.Az 

Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol