“Karvan-Yevlax”ın yeni baş məşqçisi Ramiz Məmmədov olub
10 İyul 2026 15:43   10 Jul 2026 16:00 Paylaş

Futbol üzrə Azərbaycan I Liqasında çıxış edəcək “Karvan-Yevlax” 2026/2027-ci illər mövsümü üçün yeni baş məşqçisini müəyyənləşdirib.

"Stabil.az" xəbər verir ki, bu vəzifəyə Ramiz Məmmədov gətirilib.

Bu barədə Yevlax klubunun icraçı direktoru Elvin Əjdərli sosial media hesabında məlumat paylaşıb.

Qeyd edək ki, Ramiz Məmmədov son olaraq “Mingəçevir”də işləyib.



Stabil.Az 

Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol