Kanadalı aviaşirkət Kubaya uçuşlarını müvəqqəti dayandırdı
Kanadanın ən böyük aviaşirkəti “Air Canada” bazar ertəsi Kubaya uçuşların dayandırıldığını açıqlayıb.
"Stabil.az" xəbər verir ki, aviaşirkət bu qərarı Kubada davam edən təyyarə yanacağı çatışmazlığı ilə izah edib. Fevralın 10-dan etibarən Kubanın hava limanlarında təyyarə yanacağının kommersiya satışında olmaması gözlənilir.
“Air Canada” növbəti günlərdə təxminən 3000 müştərisini geri qaytarmaq üçün boş uçuşlar təşkil edəcək. Şirkət Toronto və Monrealdan Kubadakı dörd istiqamətə həftədə orta hesabla 16 uçuş həyata keçirirdi.
Qeyd edək ki, Kuba hakimiyyəti beynəlxalq aviaşirkətləri adada aviasiya yanacağının tükəndiyi barədə əvvəlcədən məlumatlandırıb.
Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol
Haqqımızda
Əlaqə





