Kanadada silahlı insident: 8 nəfər həyatını itirib
Kanadanın Tambler Ric şəhərində yerləşən məktəbdə atışma baş verib.
"Stabil.az" xarici KİV-ə istinadən xəbər verir ki, hadisə nəticəsində 7 nəfər həyatını itirib. Atışmanı törətməkdə şübhəli bilinən şəxs isə hadisə yerində ölü tapılıb.
Hadisənin başvermə səbəbləri və digər təfərrüatlar hələlik açıqlanmayıb.
Qeyd edək ki, sözügedən məktəbdə 7-ci sinifdən 12-ci sinfə qədər şagirdlər təhsil alır.
Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol
Haqqımızda
Əlaqə




