Kanada və Çin ticarətdə razılığa gəlib: elektromobil idxal rüsumları aşağı salınıb
17 Yanvar 2026 11:30   Paylaş

Kanada Çin istehsalı olan elektrik avtomobilləri üçün idxal rüsumlarını 100 faizdən 6,1 faizə endirib.

"Stabil.az" xəbər verir ki, Çinin Kommersiya Nazirliyi Kanadanın Çindən ildə 49 min elektromobilin aşağı tariflə idxalı üçün kvota ayırdığını açıqlayıb. Həmin kvotanı növbəti 5 ildə 70 minə çatdırmaq planlaşdırılır.

Nazirliyin açıqlamasında bildirilir ki, Çin və Kanada son dövrlərdə qarşılıqlı maraq doğuran iqtisadi və ticarət məsələləri üzrə bir neçə dəfə intensiv məsləhətləşmələr aparıblar. Nəticədə elektromobillər, polad və alüminium məhsulları, raps toxumu, kənd təsərrüfatı və su məhsulları sahələrində ilkin razılaşmalara nail olunub. Eyni zamanda, iki ölkə birbaşa uçuşların sayını artırmaq, biznes mühitini yaxşılaşdırmaq, kənd təsərrüfatı məhsullarının yoxlanılması və karantin məsələlərində də razılığa gəlib.

Qeyd edək ki, Kanada 2024-cü ildən Çin elektromobilləri üçün 100 faizlik idxal rüsumları tətbiq edirdi, Çin isə cavab olaraq Kanada məhsullarına rüsumları artırmışdı.

Kanada Baş naziri Mark Karniyanın yanvarın 14-də Pekinə başlayan səfəri zamanı ölkəsi Çinlə iqtisadi-ticarət əməkdaşlığının irəlilədilməsi barədə razılıqlar əldə edib. İki ölkə arasındakı ticarət dövriyyəsi təxminən 120 milyard ABŞ dollarıdır.



Stabil.Az 

Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol