Kanada və ABŞ milliləri DÇ-2026-da mübarizəyə başlayır
ABŞ, Kanada və Meksikanın ev sahibliyi etdiyi futbol üzrə dünya çempionatında B qrupunun mübarizəsinə bu gün start veriləcək və Kanada ilə ABŞ yığmaları ilk matçlarına çıxacaqlar.
"Stabil.az"ın məlumatına görə, ev sahibi komandalardan Kanada Bosniya və Herseqovinanı sınağa çəkəcək.
Qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.
Sabah, saat 05:00-da isə D qrupunda ABŞ - Paraqvay matçı baş tutacaq.
DÇ-2026
B qrupu
I tur
12 iyun
23:00. Kanada - Bosniya və Herseqovina
Baş hakim: Fakundo Telyo (Argentina).
Toronto stadionu
13 iyun
D qrupu
I tur
05:00. ABŞ - Paraqvay
Baş hakim: Denni Makkeli (Niderland).
Los Anceles stadionu
Xatırladaq ki, 48 komandanın iştirak etdiyi DÇ-2026 iyulun 19-da başa çatacaq.
Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol
Haqqımızda
Əlaqə





