Kanada DÇ-2026-da 1/8 finala vəsiqə qazanan ilk komanda olub
29 İyun 2026 09:28   Paylaş

Futbol üzrə dünya çempionatının 1/16 final mərhələsində Kanada Cənubi Afrika Respublikası (CAR) millisinə qalib gələrək 1/8 finala yüksələn ilk komanda olub.

"Stabil.az"ın məlumatına görə, Los-Anceles stadionunda keçirilən matç Kanadanın 1:0 hesablı üstünlüyü ilə bitib.

Yeganə qolu 90+2-ci dəqiqədə Stiven Euştakiu vurub.

Bu qələbənin ardından 1/8 finala yüksələn Kanadanın növbəti rəqibi Niderland - Mərakeş cütünün qalibi olacaq.



Stabil.Az 

Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol