Kanada Baş naziri Mark Karni Hindistana ilk rəsmi səfərini edəcək
27 Fevral 2026 15:52   Paylaş

Kanada Baş naziri bu gün Hindistana ilk rəsmi səfərini həyata keçirəcək.

"Stabil.az" xəbər verir ki, bu barədə “Reuters" məlumat yayıb.

Karni Yeni Delhidə Hindistanın Baş naziri Narendra Modi ilə danışıqlar aparacaq.

O, Mumbayda iş adamları ilə görüşəcək və geniş ticarət razılaşması üzrə danışıqlar aparacaq.

Məlumata görə, Karni Hindistandan sonra Avstraliya və Yaponiyaya səfər edəcək.

Bildirilir ki, Karni Uzaq Şərqlə, o cümlədən Çin, eləcə də Hindistanla daha yaxın əlaqələr qurmağa çalışır. Baş nazirin bununla Kanadanın ABŞ-dan asılılığını azaltmaq və yeni qlobal ticarət nizamı yaratmaq istədiyi bildirilir.



Stabil.Az 

Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol