Kabildə güclü partlayış baş verib, ölənlər və yaralananlar var
19 Yanvar 2026 17:05   19 Jan 2026 17:19 Paylaş

Əfqanıstanın paytaxtı Kabildə güclü partlayış qeydə alınıb.

"Stabil.az" "Al-Arabiya"ya istinadən xəbər verir ki, bu məlumat "Taliban" hökumətinin Daxili İşlər Nazirliyi (DİN) tərəfindən təsdiqlənib.

Partlayış Şahr-e-Nau rayonunda baş verib. Ölənlərin və yaralananların dəqiq sayı, eləcə də hadisənin digər təfərrüatları hələ açıqlanmayıb.

“İlkin məlumatlara görə, bir neçə nəfər ölüb və yaralanıb”, – deyə DİN-in mətbuat katibi Əbdül Matin Kani bildirib və əlavə edib ki, ətraflı məlumat sonra təqdim olunacaq.

Qeyd edək ki, Şahr-e-Nau rayonunda çox sayda xarici vətəndaş yaşayır və bu ərazi Kabildə ən təhlükəsiz rayonlardan biri hesab olunur.



Stabil.Az 

Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol