Jan-Noel Barro: Aİ Rusiyaya qarşı sanksiyalarını gücləndirib
16 Mart 2026 17:18   Paylaş

Fransanın xarici işlər naziri Jan-Noel Barro bildirib ki, Avropa İttifaqı Ukraynanın Buça şəhərindəki kütləvi qətliamda iştirak edən şəxslərə qarşı 9 yeni məhdudlaşdırıcı tədbir əlavə edərək sanksiyaları genişləndirib

"Stabil.az" xəbər verir ki, bu barədə nazir Xarici İşlər Şurasının başlamasından əvvəl jurnalistlərə bildirib.

"Ötən həftəsonu Rusiyanın Ukraynadakı təcavüzü başlayandan bəri tətbiq edilən 2 600 sanksiyanın (ayrı-ayrı şəxslərə və təşkilatlara qarşı) müddəti heç bir maneə olmadan uzadılıb. Bu gün Brüsseldə buna bir neçə gündən sonra dördüncü ildönümünü qeyd edəcəyimiz Buçadakı kütləvi qətliama görə məsuliyyət daşıyan hərbi cinayətkarlara qarşı 9 yeni sanksiya əlavə edilir", - o deyib.

Barronun sözlərinə görə, Yaxın və Orta Şərqdə nəzarətdən çıxan təhlükəli hərbi eskalasiya diqqəti Avropa qitəsində təhlükəsizlik və sülh məsələlərinin həll olunduğu Ukraynadan yayındıra bilməz.



Stabil.Az 

Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol