IV Şuşa Qlobal Media Forumunda sessiyalar davam edir
14 İyul 2026 10:13   14 Jul 2026 10:29 Paylaş

İyulun 14-də IV Şuşa Qlobal Media Forumu işini davam etdirir.

"Stabil.az" AZƏRTAC-a istinadən xəbər verir ki, əvvəlcə forumun məqsəd və əhəmiyyətini əks etdirən videoçarx nümayiş etdirilib.

Sonra Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev çıxış edib.

Forum panel sessiyalarla işini davam etdirir.

"Sülhün təşviqində medianın missiyası: Həqiqətin bərpası və etimadın yenidən qurulması” mövzusuna həsr edilən forumda dünyanın 53 ölkəsindən 160-a yaxın media nümayəndəsi, ekspertlər, rəsmi şəxslər təmsil olunur.



Stabil.Az 

Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol