İtaliyada pirotexnika fabrikində partlayış baş verib, iki nəfər həyatını itirib
İtaliyanın Latsio regionunda yerləşən Sant-Anatoliya-di-Borqorozedə pirotexnika fabrikində baş verən partlayış nəticəsində iki nəfər ölüb.
"Stabil.az" xəbər verir ki, bu barədə "Ansa" portalı məlumat yayıb.
Prokurorluqdan bildirilib ki, partlayış pirotexniki məmulatların qablaşdırılması üçün materialların emal edildiyi binanın daxilində baş verib. Nəticədə bina tamamilə dağılıb.
Hazırda faktla bağlı istintaq aparılır.
Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol
Haqqımızda
Əlaqə





