İtaliya təmsilçisi argentinalı hücumçusuna uzunmüddətli müqavilə təklif etdi
İtaliyanın “Bolonya” komandası argentinalı hücumçu Santyaqo Kastro ilə müqaviləsini 2030-cu ilə qədər uzadıb.
"Stabil.az" xəbər verir ki, bu barədə A Seriyası təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
21 yaşlı argentinalı futbolçu 2024-cü ilin yanvarından "Bolonya"da çıxış edir. O, cari mövsüm 31 oyunda 8 qol vurub və 2 məhsuldar ötürmə edib.
Kastro həmçinin Argentinanın 23 yaşadək futbolçulardan ibarət milli komandasında 13 oyunda 2 dəfə fərqlənib.
"Transfermarkt" onun transfer dəyərini 35 milyon avro olaraq qiymətləndirir.
Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol
Haqqımızda
Əlaqə





