“Italiana Petroli” YDM-lərinin SOCAR brendinə keçidi ilə bağlı yekun qərar yoxdur
“Italiana Petroli” şirkətinin yanacaqdoldurma məntəqələrinin SOCAR brendi altında fəaliyyət göstərməsi ilə bağlı rebrendinq prosesinin vaxtı və əhatə dairəsinə dair yekun qərar hələ qəbul edilməyib.
"Stabil.az" bu barədə SOCAR-a istinadən məlumat verib.
Xatırladaq ki, SOCAR 2025-ci ilin sentyabrında İtaliyanın aparıcı enerji şirkətlərindən biri olan “Italiana Petroli” şirkətinin 99,82 faiz səhmlərinin “API Holding”dən alınması barədə saziş imzalayıb. Səhmlərin alınması prosesi bu ilin mayında tamamlanıb. Mayın 28-də isə Romada “SOCAR İtaliya” şirkətinin rəsmi təqdimatı olub.
“Italiana Petroli” İtaliyanın ən böyük inteqrə olunmuş “downstream" (paylama və satış) platformalarından biridir. 1933-cü ildən mobillik və “downstream” sahəsində fəaliyyət göstərən şirkət 1600 işçisi, 4500 IP markalı yanacaqdoldurma məntəqəsi şəbəkəsi, iki neft emalı zavodunda təxminən 10 milyon ton emal gücü və bütün ölkə üzrə yayılmış logistika sistemi ilə bazarda ilk özəl oyunçudur. 90 ildən artıq tarixə malik “IP Qrup” İtaliyada mobillik və enerji təhlükəsizliyi sahələrində mühüm rol oynayır.
Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol
Haqqımızda
Əlaqə





