İsveçrədə ABŞ və İran Livanla bağlı yeni mexanizm üzərində razılaşıb
22 İyun 2026 12:11   Paylaş

İsveçrədə keçirilən görüşdə tərəflər Livanda münaqişələrin qarşısının alınması üçün xüsusi qrupun yaradılmasına dair razılıq əldə ediblər.

"Stabiı.az" xəbər verir ki, bu barədə Pakistan və Qətər vasitəçilərinin birgə bəyanatında deyilir.

Sənədə əsasən, qrupa ABŞ, İran və Livan daxil olacaq, vasitəçilər bu işə kömək edəcəklər.

Bildirilir ki, qrupun məqsədi İsrail və “Hizbullah” arasında düşmənçiliyə son qoyulmasını təmin etmək olacaq.



Stabil.Az 

Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol