İsveçrə Rusiyaya qarşı yeni Aİ sanksiyalarına dəstək verib
23 May 2026 15:29   Paylaş

İsveçrə Avropa İttifaqının 20-ci sanksiya paketinə qoşularaq Rusiyaya qarşı tədbirləri genişləndirib.

"Stabil.az" xəbər verir ki, bu barədə ölkənin Federal Şurası məlumat yayıb.

Yeni qərara əsasən, 115 fiziki şəxs, şirkət və təşkilatın aktivləri dondurulacaq və onlara iqtisadi resursların təqdim edilməsi qadağan olunacaq. Həmin şəxslərin İsveçrəyə girişinə və tranzit keçidinə də məhdudiyyət tətbiq ediləcək.

Sanksiyalar əsasən Rusiya hərbi-sənaye kompleksi və enerji sektoru ilə əlaqəli şəxsləri əhatə edir.

İsveçrə həmçinin Rusiyanın “kölgə donanması”na qarşı tədbirlərə də qoşulub.



Stabil.Az 

Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol