İsveçrə F-35 qırıcılarının alınması üçün əlavə vəsait ayırır
17 İyun 2026 09:24   Paylaş

İsveçrə parlamentinin yuxarı palatası ABŞ istehsalı olan "F-35" qırıcılarının alınması məqsədilə 394 milyon frank (təxminən 496 milyon dollar) əlavə vəsaitin ayrılmasını təsdiqləyib.

"Stabil.az" xəbər verir ki, bu barədə "Tribune de Genève" qəzeti məlumat yayıb.

Nəşrin məlumatına görə, qərar 2026-cı il üçün müdafiə hesabatının müzakirəsi çərçivəsində qəbul edilib. Ümumilikdə parlamentarilər 3,4 milyard frank məbləğində hərbi xərcləri təsdiqləyiblər.

Qeyd olunub ki, İsveçrə Federal Şurası əsas diqqəti yerüstü hava hücumundan müdafiənin gücləndirilməsinə, kiçik pilotsuz uçuş aparatlarından (PUA) qorunmağa və kibertəhlükəsizliyin inkişaf etdirilməsinə yönəldib. Əlavə maliyyələşdirmə azı 30 ədəd "F-35" qırıcısının alınmasını təmin etməyə imkan verəcək.



Stabil.Az 

Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol