İsveç və Danimarka birlikdə Ukraynaya HHM sistemi verəcək
3 Fevral 2026 17:05   Paylaş

İsveç və Danimarka birlikdə Ukraynanı “Tridon” Hava Hücumundan Müdafiə (HHM) sistemləri ilə təmin edəcək.

"Stabil.az"ın “Reuters”ə istinadən verdiyi məlumata görə, HHM sistemlərinin ümumi dəyəri 290 milyon dollar təşkil edir. Xərclərin əksəriyyətini İsveç qarşılayacaq, Danimarka isə sistemlərin Ukraynaya tədarükünə maliyyə dəstəyi verəcək.

İsveçin müdafiə naziri Pal Conson bildirib ki, Kiyevə veriləcək sistemlər yalnız Ukraynanın təhlükəsizliyini gücləndirməyəcək, həm də İsveçin istehsal qabiliyyətinin inkişafına töhfə verəcək.

Qeyd edək ki, “Tridon” HHM sistemi İsveç istehsalıdır.



Stabil.Az 

Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol