İsveç səfirliyi İranın Naxçıvana dron hücumlarını pisləyib
İsveçin Azərbaycandakı səfirliyi İranın Naxçıvana dron hücumlarını pisləyən bəyanat yayıb.
"Stabil.az" xəbər verir ki, diplomatik korpus bununla bağlı rəsmi “Facebook” hesabında paylaşım edib.
Paylaşımda deyilir: “Naxçıvan Muxtar Respublikasının ərazisinə pilotsuz uçuş aparatları ilə hücumlardan sonra İsveç Səfirliyi Azərbaycanla və zərərçəkənlərlə tam həmrəyliyini ifadə edir. Biz bu hücumları və Azərbaycanın təhlükəsizliyini təhdid edən hər hansı addımı qətiyyətlə pisləyirik. Vəziyyəti və gələcək hadisələri diqqətlə izləməyə davam edəcəyik”.
Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol
Haqqımızda
Əlaqə





