İsveç hökuməti vətəndaşlıq alma qaydalarını yeniləyir
İsveç hökuməti və İsveç Demokratlar Partiyasının təqdim etdiyi yeni qanun layihəsi vətəndaşlıq almaq üçün tələbləri sərtləşdirir. Yeni qaydalara əsasən, ölkədə minimum yaşamaq müddəti artırılır və müraciət edənlər üçün şəxsi gəlir, məcburi imtahan və davranış tələbləri irəli sürülür.
"Stabil.az" xəbər verir ki, İsveçdə vətəndaşlıq almaq üçün əvvəlki beş il əvəzinə səkkiz il fasiləsiz bu ölkədə yaşamaq tələb olunacaq. İki il yaşadıqdan sonra müraciət edə biləcək Skandinaviya ölkələrinin vətəndaşları üçün istisna tətbiq edilir.
Bundan əlavə, ərizəçilər ayda təxminən 20.000 kron (2200 ABŞ dolları) şəxsi gəlirə malik olmalı, həmçinin İsveç dilini bilməli və bu ölkənin cəmiyyəti haqqında əsas anlayışa malik olmalıdırlar. Eyni zamanda, həyat tərzi qiymətləndirmələri daha sərt olacaq. Müraciət edən şəxslər layiqli həyat tərzi sürməlidirlər, cinayət qeydləri olanların vətəndaşlıq almaq üçün gözləmə müddəti uzadılacaq.
İki komponentdən - dil və cəmiyyətşünaslıqdan ibarət yeni vətəndaşlıq testi tətbiq olunur, həmçinin müəyyən əlilliyi olan insanlar üçün istisnalar nəzərdə tutulur.
Əsas dəyişikliklərin iyunun 6-da, İsveçin Milli Günündə qüvvəyə minəcəyi planlaşdırılır və yeni qaydalar çərçivəsində ilk imtahanlar bu ilin avqust ayında keçiriləcək.
“Məhz səy göstərilməsi indiyə qədər mövcud olan vətəndaşlıq tələblərinin xarakterik xüsusiyyəti deyildi, bu, daha çox əksinə olub. Burada bir kəlmə də olsun İsveç dilini bilmədən, cəmiyyətimizi anlamadan və heç bir gəlir əldə etmədən cəmi beş il ərzində vətəndaşlıq almaq olardı”, -deyə miqrasiya naziri Yohan Forssell mətbuat konfransında bildirib.
Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol
Haqqımızda
Əlaqə





