İsveç hökuməti Ukraynaya 111 milyon dollarlıq enerji yardımı edəcək
5 Fevral 2026 18:10   Paylaş

İsveç hökuməti Ukraynanın enerji sektoruna dəstək məqsədilə 1 milyard İsveç kronu (təxminən 111 milyon ABŞ dolları) məbləğində yeni yardım paketi ayıracaq.

“Stabil.az” xəbər verir ki, bu barədə krallıq hökumətinin yaydığı məlumatda bildirilib.

Məlumatda qeyd olunub ki, ayrılan vəsait Ukraynanın enerji istehsalı sahəsində mövcud ehtiyaclarının ödənilməsinə, zədələnmiş infrastrukturun bərpasına və uzunmüddətli perspektivdə ölkənin enerji təchizatının gücləndirilməsinə yönəldiləcək.



Stabil.Az 

Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol