İsveç hərbçiləri Qrenlandiyada kəşfiyyat əməliyyatını başa çatdırıb
21 Yanvar 2026 18:42   Paylaş

İsveç hərbçiləri Qrenlandiya ərazisində təlimlərlə bağlı kəşfiyyatı başa çatdırıb və Danimarkanın adasını tərk edib.

“Stabil.az”ın xarici KİV-ə istinadən verdiyi məlumata görə, bu barədə İsveç Silahlı Qüvvələri məlumat yayıb.

Məlumatda qeyd olunub: “İsveç Silahlı Qüvvələri Qrenlandiyada kəşfiyyat əməliyyatını başa çatdırıb. Aparılan işlər NATO üçün getdikcə daha böyük strateji əhəmiyyət kəsb edən Qrenlandiya və Arktikada gələcək təlim tədbirləri üçün şərait və imkanları öyrənmək məqsədilə aparılıb”.

İsveç il ərzində regionda təhlükəsizliyi və NATO-nun şimal cinahının müdafiəsini gücləndirmək məqsədilə “Arktika dözümlülüyü” adlı Danimarka təlimlərində iştirak edəcək.

Krallığın Baş naziri Ulf Kristersson əvvəlcədən bildirib ki, İsveç zabitləri Danimarkanın xahişi ilə adaya getmişdi, lakin onların sayını açıqlamayıb.



Stabil.Az 

Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol