İsveç Fransadakı meşə yanğınları ilə mübarizəyə iki təyyarə cəlb edib
İsveç Fransanın cənubunda baş verən yanğınların söndürülməsinə dəstək məqsədilə iki yanğınsöndürən təyyarə göndərib.
"Stabil.az" xəbər verir ki, bu barədə İsveçin müdafiə naziri Karl-Oskar Bolin "X" sosial şəbəkəsində yazıb.
"Avropanın İsveçin dəstəyinə ehtiyacı olduqda, biz köməyə gəlməyə hazırdır. Aİ-nin mülki müdafiə mexanizmi çərçivəsində daxil olan sorğuya cavab olaraq, genişmiqyaslı meşə yanğınları ilə mübarizəyə kömək etmək üçün iki sutullayıcı təyyarə artıq Fransanın cənubuna yollanıb", - o qeyd edib.
Qeyd edək ki, Fransanın cənubunda meşə yanğınları səbəbindən 10 minə yaxın insanı təxliyə etmək zərurəti yaranıb.
Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol
Haqqımızda
Əlaqə





