İsrailin Livana hava zərbələri nəticəsində ölənlərin sayı 3185-ə yüksəlib
26 May 2026 15:12   Paylaş

Son 24 saat ərzində İsrailin Livanın cənub və şərq bölgələrinə endirdiyi hava zərbələri nəticəsində 34 nəfər ölüb, 62 nəfər yaralanıb və ümumi ölənlərin sayı 3185 nəfərə çatıb.

"Stabil.az" xəbər verir ki, bu barədə Livanın Səhiyyə Nazirliyi məlumat yayıb.

Məlumatda bildirilir ki, martın 2-də hərbi eskalasiyanın başlanmasından bəri həlak olanların ümumi sayı 3185 nəfərə, yaralıların sayı isə 9633 nəfərə çatıb.

Nazirlik qeyd edib ki, xilasetmə qrupları Livanın cənubundakı Nəbatiyyə əyalətində və Beka vadisində bombardmana məruz qalan yaşayış məntəqələrində dağıntıların təmizlənməsini davam etdirir. Bildirilib ki, dağıntılar altından yeni qurbanların aşkarlanması səbəbindən itkilərin sayı arta bilər.



Stabil.Az 

Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol