İsrailin Livana hava hücumları yenidən intensivləşib
İsrail Livana yenidən zərbələr endirib və hücumlar davam edir.
"Stabil.az" xarici mediaya istinadla xəbər verir ki, İsrailə məxsus təyyarələr Livanın paytaxtı Beyrutun cənubundakı Dahiyə bölgəsinə hava hücumu həyata keçirib. Hücumdan sonra güclü partlayış səsi eşidilib və hədəf alınan ərazidən tüstü qalxıb.
Qeyd edək ki, İsrail ordusunun dünən Livana endirdiyi hava zərbələri nəticəsində ölənlərin sayının 254-ə çatdığı bildirilir, yaralılar var. Bununla əlaqədar olaraq bu gün Livanda milli matəm günü elan edilib.
Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol
Haqqımızda
Əlaqə





