İsrailin Livana endirdiyi hava hücumları nəticəsində 15 nəfər həlak olub
Son sutka ərzində İsrailin Livana endirdiyi hava zərbələri nəticəsində, ikisi qadın olmaqla azı 15 nəfər həlak olub, 82 nəfər isə yaralanıb.
"Stabil.az" xəbər verir ki, bu barədə Livan Səhiyyə Nazirliyi məlumat yayıb.
Nazirliyin açıqlamasına görə, daha 82 nəfər yaralanıb və xəstəxanalara yerləşdirilib.
Qeyd edilib ki, ABŞ və İran arasında bütün regional cəbhələrdə hərbi eskalasiyaya son qoymaq barədə əldə edilən razılaşmadan sonra bazar ertəsi günü İsrail hücumlarının intensivliyi əhəmiyyətli dərəcədə azalıb.
Livan ordusu komandanlığı da öz növbəsində əhaliyə dağıntılar və yollar minalardan təmizlənənə qədər cənuba qayıtmaqdan çəkinmələri barədə xəbərdarlıq edib.
Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol
Haqqımızda
Əlaqə





