İsrail Tehran, Şiraz və Əhvazdakı hərbi obyektlərə aviazərbələr həyata keçirib
İsrail Tehran, Şiraz və Əhvazdakı bir sıra hərbi hədəflərə zərbələr endirib
"Stabil.az" xəbər verir ki, bu barədə İsrail Müdafiə Ordusu (IDF) məlumat yayıb.
Qeyd olunur ki, Şirazdakı yeraltı obyekt İran tərəfindən İsrailə doğru atılması nəzərdə tutulan ballistik raketlərin istehsalı və saxlanması üçün istifadə edilib.
İsrail hərbçiləri Tehranda İranın hava hücumundan müdafiə (HHM) sisteminə məxsus bir neçə obyektə, "əsas bazaya", İranın müxtəlif silahların, o cümlədən HHM sistemləri və ballistik raket komponentlərinin istehsalı üçün istifadə etdiyi obyektlərə zərbələr endirib.
Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol
Haqqımızda
Əlaqə





