İsrail səfirliyi Xocalı ilə bağlı başsağlığı verib
26 Fevral 2026 09:28   Paylaş

Bakıdakı İsrail səfirliyi faciənin 34-cü ildönümü ilə əlaqədar Azərbaycan xalqına başsağlığı ünvanlayıb.

"Stabil.az" xəbər verir ki, müvafiq paylaşım səfirliyin "X" sosial media hesabında dərc edilib.

"Səfirlik adından Azərbaycan xalqına və Xocalı faciəsi qurbanlarının ailələrinə dərin hüznlə başsağlığı veririk. Həyatını itirən günahsız insanların xatirəsini ehtiramla yad edir və zərər çəkmiş hər kəsə ən dərin rəğbətimizi bildiririk. Qurbanların xatirəsi daim yaşasın və sülh ilə qarşılıqlı anlaşma qalib gəlsin", - paylaşımda qeyd olunub.



Stabil.Az 

Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol