İsrail Qəzzada HƏMAS komandirinin öldürüldüyünü açıqlayıb
10 İyul 2026 17:56   Paylaş

İsrail ordusu Qəzza zolağının cənubuna endirilən zərbə nəticəsində HƏMAS hücrələrindən birinin komandiri Yəhya Səid Məhəmməd Həmdanın öldürüldüyünü bildirib.

"Stabil.az" xəbər verir ki, bu barədə İsrail Müdafiə Ordusunun məlumatında bildirilib.

"Zərbə nəticəsində "Nuxba" hücrəsinin komandiri Yəhya Səid Məhəmməd Həmdan öldürülüb. Son vaxtlar Həmdan İsrail ordusuna qarşı terror aktı planları hazırlayıb. O, bu bölgədə fəaliyyət göstərən qüvvələrimiz üçün birbaşa təhlükə təşkil edirdi", - məlumatda bildirilib.



Stabil.Az 

Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol