İsrail Qəzzada HƏMAS-ın hərbi obyektinə zərbə endirib
13 İyul 2026 10:50   Paylaş

İsrail Müdafiə Ordusu Qəzza şəhərində HƏMAS hərəkatına məxsus hərbi obyektə zərbə endirdiyini açıqlayıb.

"Stabil.az" xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti "Telegram" kanalında məlumat yayıb.

"Bir müddət əvvəl İsrail Müdafiə Ordusu sektorun şimalındakı Qəzza şəhəri ərazisində HƏMAS-ın silah istehsalı obyektinə zərbə endirib və onu dağıdıb", - məlumatda qeyd olunub.

Məlumata görə, HƏMAS hərbi potensialını bərpa etməyə cəhd göstərərək, atəşkəs razılaşmasını pozub. Mətbuat xidmətindən əlavə ediblər ki, zərbə İsrail hərbçilərinə və mülki şəxslərə qarşı terror aktının hazırlandığı vaxt endirilib.

"Zərbə endirilməzdən əvvəl mülki əhaliyə dəyəcək zərərin azaldılması üçün addımlar atılıb, o cümlədən yüksəkdəqiqlikli sursatlardan istifadə olunub və havadan müşahidə aparılıb", - paylaşımda qeyd edilib.



Stabil.Az 

Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol