İsrail ordusu Tehranda SEPAH qərargahını vurub
9 Mart 2026 09:14   Paylaş

İsrail qırıcıları Tehrana növbəti hava hücumu zamanı İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) qərargahını hədəf alaraq ona zərbə endirib.

"Stabil.az" xəbər verir ki, bu barədə İsrail ordusunun sözçüsü briqada generalı Efi Defrin məlumat verib.

"Biz İran rejiminin təməlinə qarşı güclü zərbələr endirməyə davam edirik. Zərbə nəticəsində SEPAH-ın Hərbi Hava Qüvvələrinin qərargahını məhv etdik. Bu hücum həmçinin İsrailə zərbələr endirmək üçün hazırlanmış PUA ehtiyatlarını da məhv etdi", - o deyib.



Stabil.Az 

Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol